ƏƏSMN-in "Çağrı mərkəzləri"nə daxil olan müraciətlərin sayı 35,8% azalıb

eesmn in cagri merkezleri ne daxil olan muracietlerin sayi 35 8 azalib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi vətəndaşlar tərəfindən nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin də sayının getdikcə azalmasına səbəb olur.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin noyabr ayında da həmin müraciətlərin sayında azalma müşahidə edilib. Belə ki, ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə əvvəlki oktyabr ayı ilə müqayisədə 6,9 %, keçən ilin müvafiq dövrünə nisbətən 35,8% az olmaqla 13 826 müraciət daxil olub. Müraciətlərin 95,6%-ini sosial təminat növlərinə hüququn müəyyən olunması, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətləri, əmək və sosial müdafiə sahələrində fəaliyyət göstərən elektron xidmətlərdən istifadə qaydaları və s. ilə bağlı sorğular təşkil edib. Sorğu xarakterli müraciətlərlə əlaqədar nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən vətəndaşlara dolğun və aydın şəkildə hüquqi izahatlar verilib.


Müraciətlərin qalan 4,4%-i ilə bağlı onların məzmununa uyğun olaraq müraciət vərəqəsi tərtib olunmaqla baxılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib. Qısa müddət ərzində həmin müraciətlər obyektiv şəkildə araşdırılaraq nəticəsi əsasında müvafiq tədbirlər görülüb.


Ümumilikdə cari ilin yanvar-noyabr aylarında “Çağrı mərkəzləri”nə 134 533 müraciət daxil olub və hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun cavablandırılması təmin olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289