Elmi qrantlar üçün təqdim edilən layihələrin ideyası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcək

elmi qrantlar ucun teqdim edilen layihelerin ideyasi muellif huquqlari agentliyinde qeydiyyatdan kecirilecek
Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində və donorun müəyyənləşdirdiyi xarici dildə tərtib edilməlidir

Nazirlər Kabineti “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, bu Qayda Azərbaycanda fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların elmi və elmi-texniki fəaliyyətinin dövlət vəsaiti hesabına qrant maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

 

Müsabiqəyə təqdim olunan layihələrə dair əsas tələblər aşağıdakılardır:

 

- layihəni müsabiqədə rəhbəri (birgə müsabiqələrə təqdim olunmuş müştərək layihələr üçün isə əlavə olaraq - həmrəhbər) təmsil edir;

 

- layihənin rəhbəri və iştirakçıları Azərbaycan vətəndaşı olmalı, son beş ildə və layihənin icrası dövründə Azərbaycan ərazisində daimi yaşamalı və elmi yaradıcılıqla məşğul olmalıdır;

 

- layihə rəhbəri (həmrəhbəri) elmi dərəcəyə, elmi nailiyyətlərə, layihəyə rəhbərlik etmək və ya onu yerinə yetirmək təcrübəsinə, beynəlxalq elmi əlaqələrə malik olmalıdır;

 

- layihə rəhbərinin və iştirakçılarının respublikada və xaricdə çap olunmuş məqalələri olmalıdır;

 

- layihə ölkə və dünya elminin prioritet istiqamətlərinə uyğun olmalıdır;

 

- layihənin icrası üçün tələb olunan məbləğ xərclərin istiqamətləri üzrə müvafiq meyarlarla (o cümlədən, elmi-texniki və iqtisadi-hüquqi meyarlarla) əsaslandırılmalıdır;

 

- layihədə nəzərdə tutulmuş elmi tədqiqatların həcmindən və mürəkkəbliyindən asılı olaraq  layihə iştirakçıları zəruri maddi-texniki bazaya malik olmalıdırlar.

 

- layihənin icra müddəti üç ildən çox olmamalıdır.

 

Digər müsabiqələrdə iştirak etmiş və maliyyələşdirilmiş layihələr eyni mövzu üzrə təkrar olaraq müsabiqəyə təqdim edilə bilməz.

 

Layihələr müsabiqəyə iddiaçı tərəfindən elektron formatda “online” rejimində təqdim olunur. Layihənin “online" qəbulu təsdiq edildikdən sonra onun kağız üzərində imzalanmış bir nüsxəsi və müşayiətedici sənədlər Donorun ünvanına göndərilir. Layihə müsabiqəyə Donorun hər bir müsabiqə üçün konkret olaraq müəyyənləşdirdiyi müddət çərçivəsində təqdim olunur. Donora iddiaçı olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, iddiaçı olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin surəti təqdim olunur. Müsabiqəyə təqdim edilən bütün layihələr iki dildə - Azərbaycan dilində və Donorun müəyyənləşdirdiyi xarici dildə tərtib edilməlidir. Müsabiqəyə təqdim olunmuş layihənin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilir. Müsabiqəyə təqdim olunan bütün layihələr ekspertizadan keçirilir. Ekspertizanın əsas məqsədi təqdim olunmuş layihələrin elmi səviyyəsinin və onların yerinə yetirilməsi imkanlarının qiymət­lən­diril­mə­sindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir. Zəruri hallarda layihələr təkrar ekspertizaya göndərilir. Qrant verilməsi barədə qərarda Resipiyent haqqında məlumatlar, qrant layihəsinin adı, layihənin məbləği, icra müddəti və  müsabiqənin adı göstərilir. Qrant verilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri göstərilir.  Layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan məbləğ mərhələlər nəzərə alınmaqla, müvafiq bank hesabına köçürülür. Layihənin icra müddətindən asılı olaraq, maliyyələşdirilmə birdəfəlik və ya mərhələlər üzrə həyata keçirilir.

 

Donor maliyyələşdirdiyi layihələr üzrə hesabatlar (rüblük, yarımillik, illik, aralıq və yekun) tələb etmək və maliyyə monitorinqini keçirmək, qiymətləndirmə aparmaq hüququna malikdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:53 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyevin turkiyeye resmi seferi basa catib
    Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb...
  • agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur
    Ağdaşda 17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulu...
agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2018

USD
1.7
 
EUR
2.0771
 
RR
0.0276