Elsevər Ağayev: “Gələn ildən tibbi sığorta bütün ölkə üzrə tətbiq oluna bilər”

elsever agayev gelen ilden tibbi sigorta butun olke uzre tetbiq oluna biler

“Tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra metodik olaraq Səhiyyə Nazirliyinin tabeliyində olacaq. Sadəcə onların maliyyələşməsinin mexanizmində dəyişiklik baş verəcək”.

 

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
 

Onun sözlərinə görə, dövlət tibb müəssisələrində heç bir ödənişli əsasla xidmət göstərilməyib: “Lakin indi icbari tibbi sığortaya keçdiyimiz ərəfədə tibb müəssisələrinin xüsusi hesablarının olmaması onların fəaliyyətində problem yarada bilər. Buna görə də tibb müəssisələri publik hüquqi şəxsə çevrilirlər. Bununla da, onlar həm büdcədən, həm də digər mənbələrdən maliyyələşə biləcəklər”.
 

Yevlax və Mingəçevirdə icbari tibbi sığorta ilə bağlı pilot layihələrin həyata keçirildiyini xatırladan nazir müavini qeyd edib ki, ola bilsin gələn ildən Azərbaycanda icbari tibbi sığortanın arealı genişlənsin: “Tibbi sığorta həssas məsələdir. Ola bilsin ki, gələn ildən ölkədə tibbi sığortanın arealı genişlənə və ya bütün ölkəyə tətbiq oluna bilər”.    

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socide rusiya turkiye ve iran prezidentlerinin gorusu baslayib
    Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başla...
  • vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib
    Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-p...
vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287