Ətraf mühitə ziyan vuran 859 nəfər inzibati məsuliyyətə cəlb edilib, 117.500 manat cərimə tətbiq olunub

etraf muhite ziyan vuran 859 nefer inzibati mesuliyyete celb edilib 117 500 manat cerime tetbiq olunub

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2017-ci il ərzində paytaxtın Səbail, Nizami, Yasamal, Binəqədi, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, eləcə də Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazilərində keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266-cı (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 244-cü (Torpaqların (meşə fondu torpaqların) zibillənməsi və korlanması) maddələrinin tələblərini pozmuş 52 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.  Onlara tətbiq olunan cərimələrin məbləği 81.500 manat təşkil edib.

 

Ümumilikdə ötən il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 859 nəfər inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 117.500 manat cərimə tətbiq olunub.

 

Bu istiqamətlərdə tədbirlər davam etdirilir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyevin cisco sirketinin icraci vitse prezidenti ile gorusu olub
    Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-pre...
  • prezident ilham eliyev davosda mastercard sirketinin idare heyetinin uzvu ile gorusub
    Prezident İlham Əliyev Davosda “Mastercard” şirkətinin idarə...
prezident ilham eliyev davosda mastercard sirketinin idare heyetinin uzvu ile gorusub prezident ilham eliyev davosda mastercard sirketinin idare heyetinin uzvu ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.078
 
RR
0.03