ETSN meşə materiallarının qanunsuz yolla əldə edilməsinin qarşısının alınması məqsədilə reyd keçirib

etsn mese materiallarinin qanunsuz yolla elde edilmesinin qarsisinin alinmasi meqsedile reyd kecirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 18-24 dekabr 2017-ci il tarixlərində növbəti reyd keçiriblər. 

 

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, reydlər zamanı Astara rayonu ərazisində Lənkəran rayonu Bürcəli kənd sakini Samid Miriyevə məxsus “Ural” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 6,41 m3 həcmində fıstıq cinsli işlik materialdan hazırlanmış taxta aparıldığı aşkarlanıb. Fakta bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 958,20 manat məbləğində ziyan tətbiq edilib.

 

Lənkəran rayonunda keçirilən reyd zamanı Lerik rayonu Bürsülüm kənd sakini Rüsvət Muxtarova məxsus “UAZ-469” markalı 43BC425 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 300 kiloqram olan 60 kisə kömür aşkarlanıb. Faktla bağlı qanun pozucusuna 222,21 manat məbləğində ziyan tətbiq olunub və onun barəsində akt tərtib olunub.

 

Şamaxıda Oğuz rayonu Xaçmaz kənd sakini Natiq Haşımova məxsus “Naz Lifan” markalı 48BD990 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 226 kiloqram olan 113 kisə, Qəbələ rayonu Mirzəbəyli kənd sakini Arzu İbrahimova məxsus “Mercedes E190” markalı 10VM127 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 140 kiloqram olan 70 kisə və Bakı şəhər sakini Elmar Heydərova məxsus “Ford Transit” markalı 90OA626 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 1000 kiloqram olan 500 kisə kömür aşkarlanıb. Faktlarla bağlı qanun pozucularına ümumilikdə 1416,65 manat məbləğində ziyan tətbiq olunub və onlar barəsində aktlar tərtib edilib.

 

İsmayıllı rayonu ərazisində keçirilən reyd zamanı rayonun Qalınçaq kənd sakini Ağaseyid Ağalarova məxsus “Vaz 2106” markalı 31BF573 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 270 kiloqram olan 135 kisə kömür, rayonun Çəmənli kənd sakini Afət Soltanova məxsus həyətyanı sahəsində 3,0 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 342,15 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda rayonun Çəmənli kənd sakinləri Sirac Hacıyevə və Cəlal Ramazanova məxsus həyətyanı sahələrində ümumilikdə 5,76 m3həcmində meşə cinsli ağaclardan hazırlanmış odun və yerüstü kömür basması aşkarlanıb. Faktlarla bağlı qanun pozucuları barəsində akt və protokollar tərtib olunub və onlara ümumilikdə 1023 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

 

Qəbələdə Məmmədağalı kənd sakini Seymur Əzizova məxsus həyətyanı sahəsində 2,0 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 41,44 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda rayonun Məmmədağalı kənd sakinləri Çingiz Zamanova, Mehman Eyyubova və Cavanşir Aslanova məxsus həyətyanı sahələrində ümumilikdə 5,94 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış odun və yerüstü kömür basması aşkar edilib. Faktlarla bağlı qanun pozucularına ümumilikdə 719,32 manat məbləğində cərimə və ziyan tətbiq edilib və onlar barəsində akt və protokollar tərtib olunub.

 

Oğuz rayonu Tayıflı kənd sakini Rəşad Dursunova məxsus həyətyanı sahəsində 2 ədəd kömür quyusu  və 10 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış odun aşkarlanıb.  Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona 386,40 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

 

Hazırda reydlər davam etdirilir. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:52 20 Yanvar
09:26 20 Yanvar
07:44 20 Yanvar
23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye prezidenti yeniden ermenistana arxivleri acmagi teklif edib
    Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təkl...
  • nesimi nebizade ile ana xeber bloku 20 yanvar
    Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku –20 yanvar
nesimi nebizade ile ana xeber bloku 20 yanvar nesimi nebizade ile ana xeber bloku 20 yanvar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301