İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” mövzusunda konfrans keçirilib

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” mövzusunda  konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əl Nasser və başqa şəxslər iştirak edib.

H. Hüseynova deyib ki, Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın apardığı uğurlu  islahatların nəticəsi olaraq  beynəlxalq idman tədbirlərində gənclərin nailiyyətləri günbəgün artmaqdadır: “Qadın idmançıların sayının artması ölkə rəhbərliyi tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğının nəticəsidir”.

  

 

Gənclər və idman naziri Azad Rəhimov azərbaycanlı qadın idmançıların mötəbər idman turnirlərində qazandığı nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib.

 

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əl Nasser bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Avropa qitəsində yerləşən Azərbaycanda keçirilməsi çox gözəl imkandır: “Biz bu imkandan istifadə etməklə Avropaya qadınların qazandığı uğurları göstərməliyik. İslamiadada qadın idmançılar əla nəticələr qazanır. Çoxlu sayda gənc oğlan və qızlar İslam Həmrəyliyi Oyunlarında könüllü qismində iştirak edirlər. Bu Azərbaycanda idmana olan marağın göstəricisidir. Şad oldum ki, bu qədər pozitiv könüllülərlə  qarşılaşdım”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ