Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

kulli miqdarda deleduzluqda teqsirlendirilen sexslerin mehkemesi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb.

 

Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Habil Hənifəyev ifadə verib. O, təqsirləndirilən şəxslərdən 40 min manat tələb etdiyini deyib.

 

Bildirib ki, təqsirləndirilən şəxslərə biznes qurmaq məqsədi ilə ümumilikdə 53500 manat verib: "Rəşad özünü sürücü kimi, Elnur isə müdir kimi təqdim edirdi. Rəşad Müdafiə Nazirliyində çalışan Qorxmaz Qarayevin adından istifadə edirdi".

 

İclasda zərərçəkmiş şəxslərdən Aqil Məmmədov da ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərlə uzaq qohumdurlar: "Rəşadgil dedilər kompüter alveri edirlər yaxşı qazanc var. Mən də inanıb onlara pul verdim".

 

Zərərçəkmiş şəxs qismində ifadə verən Namiq Fərhadoğlu isə bildirib ki, təqsirləndirilən şəxslərdən Rəşad Babayevə biznes məqsədi ilə pul verib: "Bir neçə dəfə pul verdim, xeyrin də gətirib verdi. Mən bilmirdim ki, sonda mənə qarşı belə hərəkət edəcək. Onlara 54 500 manat vermişəm. Bir hissəsini qaytarıblar, daha 49500 manat isə qaytarmalıdırlar. Həmin pulu tələb edirəm".

 

O, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini deyib. Bildirib ki, Rəşad Babayev pulu qaytarmayanda onun işlədiyi şirkətə gedib: "Şirkətdən dedilər ki, onlara qarşı da dələduzluq edib, Nərimanov Rayon Prokurorluğuna bu barədə ərizə veriblər. Mən də gedib prokurorluqdan maraqlandım. Onlar da təsdiqlədilər".

 

Proses fevralın 21-də davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər kompüter alqı-satqısı adı altında aşıq Namiq Fərhadoğlu da daxil olmaqla bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mecburi kockun ailelerinin terterdeki yeni seherciye kocurulmesine baslanilib
    Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürül...
  • erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq
    Ərdoğan: “Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alın...
erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301