Lənkəran və Göygöldə qanunsuz ağac kəsən şəxslər cərimələnib

lenkeran ve goygolde qanunsuz agac kesen sexsler cerimelenib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, keçirilən reydlər zamanı Lənkəran rayonu ərazisində rayonun Təngivan kənd sakini Əlibaba Məmmədova məxsus “KamAZ” markalı 42BR421 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 4,91 m3 həcmində fıstıq, 3,8 m3 həcmində ağcaqayın və 0,03 m3 həcmində qızılağac cinsli taxta materialı aparıldığı aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 2100,29 manat məbləğində ziyan tətbiq edilib.

 

Gəncə şəhəri ərazisində keçirilən reyd zamanı Göygöl rayonu Tülallar kənd sakini Vüqar Məmmədova məxsus sahədə satış məqsədilə ümumi çəkisi 713 kiloqram olan 62 kisə kömürlanıbb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 986 manat məbləğində ziyan tətbiq edilib. Həmçinin Goranboy rayonu Qaraçinar kənd sakini Səfəralı Zalova məxsus ağac emalı sexində 0,4 m3 həcmində cökə cinsli və Kəlbəcər rayon sakini Şahin Süleymanova məxsus ağac emalı sexində ümumilikdə 0,99 m3 həcmində göyrüş, cökə və fıstıq cinsli taxta materialı aşkarlanıb. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 123,50 manat məbləğində ziyan tətbiq edilib.

 

Hazırda reydlər davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:52 20 Yanvar
09:26 20 Yanvar
07:44 20 Yanvar
23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye prezidenti yeniden ermenistana arxivleri acmagi teklif edib
    Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təkl...
  • nesimi nebizade ile ana xeber bloku 20 yanvar
    Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku –20 yanvar
nesimi nebizade ile ana xeber bloku 20 yanvar nesimi nebizade ile ana xeber bloku 20 yanvar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301