Baş konsul: "Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir"

bas konsul lutfi zadenin nesinin azerbaycana gonderilmesi ile bagli isler yekunlasmaq uzredir

"Baş Konsulluğumuz görkəmli alim Lütfi Zadənin həyatının son anlarınadək onun səhhəti ilə yaxından maraqlanıb, həm özü, həm oğlu, həm də yanındakı şəxslərlə daim əlaqədə olub".

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.

 

Baş konsul qeyd edib ki, hazırda Lütfi Zadənin arzusuna uyğun olaraq, onun nəşinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir: "Ən yaxın günlərdə professorun nəşinin Bakıya göndərilməsi nəzərdə tutulur".

 

N. Ağayev Lütfi Zadənin vəfatının həm Azərbaycan, həm də dünya elmi üçün böyük itki olduğunu deyib: “Onun elmi kəşfləri və nəzəriyyələri alimə qlobal miqyasda böyük şöhrət qazandırıb. Təsadüfi deyil ki, ABŞ-ın ən tanınmış qəzetlərindən olan “New York Times” alim haqda dərc etdiyi məqaləsində Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyəsinin linqvistika, iqtisadiyyat və təbabətdən tutmuş məişət cihazlarının inkişafınadək müxtəlif sahələrə böyük təsir göstərdiyini qeyd edib. Hələ həyatda ikən onunla dəfələrlə ünsiyyətdə olmaq xoşbəxtliyinə malik olmuş şəxslərdən biri kimi söyləyə bilərəm ki, Lütfi Zadə nəinki dahi alim, həm də öz təvazökarlığı, sadəliyi və xeyirxahlığı ilə seçilən böyük insan idi”.

 

N. Ağayev Lütfi Zadənin həmişə Azərbaycanın uğurları üçün sevindiyini də dilə gətirib: “O, daim söhbətlərimizdə Azərbaycanın bugünkü inkişafı, prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin günü-gündən daha da qüdrətlənməsinin onu bir azərbaycanlı kimi olduqca sevindirdiyini vurğulayırdı. Professor Lütfi Zadə tez-tez “Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var” deyirdi.

 

2016-cı ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl Medalının Lütfi Zadəyə təqdim olunması üçün Baş Konsulluğumuz onun işlədiyi Kaliforniya Berkli Universiteti ilə birgə təntənəli tədbir keçirmişdi. Professor Zadə həmin tədbirdə çıxışında Azərbaycan rəhbərliyi tərəfindən ona daim göstərilən diqqəti yüksək qiymətləndirdiyini və Azərbaycanın müstəqil dövlət kimi uğurları ilə fəxr etdiyini bildirmişdi”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ