Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

magistratura pillesine qebul imtahanlarinda en yuksek bali toplayanlar unec i secib

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) 2017/18-ci tədris ili üçün magistr qəbulu uğurla başa çatıb.

 

UNEC-dən APA-ya bildirilib ki, ali məktəbdə magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün yaradılan BMDM-də plan yerlərinin 99 faizinə magistr qəbulu həyata keçirilib. Qəbul olunan magistrlərin 95.6 faizi ilk turda UNEC-i seçib.

 

2017/18-tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura pilləsinə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək balı toplayan ilk üçlük də UNEC-in təhsil imkanlarından yararlanmaq istəyir. Respublika birincisi Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyli mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanlarını nəzərə alaraq BMDM-də magistr təhsili almağa qərar verdiklərini bildiriblər.

 

Qeyd edək ki, BMDM-də tədris 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. BMDM-i ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ