Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq

meteohessas insanlarda narahatliq hissi yaranacaq

Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

 

Cənub küləyi gündüz arabir güclənəcək. 

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  18-22° isti, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.  

 

Nisbi rütubət gecə  75-85 %, gündüz  45-50%  olacaq. 

 

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 10-15°, gündüz  18-23° isti, dağlarda gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:32 18 Oktyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev elimizden geleni etmeliyik ki tehlukeli elementler bizim serhedlerden kecmesin yenilenib
    Prezident İlham Əliyev: “Əlimizdən gələni etməliyik ki, təhl...
  • nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir
    Nazir Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşmək niyyəti...
nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir +2
MƏZƏNNƏ
FOREX
/ 19 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2
 
RR
0.0297