Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimindən 5 mindən çox namizəd uğurla keçib

muellimlerin ise qebulu uzre musabiqenin vakansiya seciminden 5 minden cox namized ugurla kecib

Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsinin (vakansiya seçimi) nəticələri elan olunub.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan 5225 nəfər növbəti mərhələyə keçmək hüququ əldə edib. İmtahanın bu mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsinə göndərilib.

 

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Müsahibə mərhələsinə dəvət olunacaq namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.

 

Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Müsahibə mərhələsinin nəticələri qısa zamanda həmin namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Avqustun 18-dən 20-dək namizədlər vakansiya seçimi mərhələsinə buraxılacaq. 
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:15 16 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ruminiyali bestekar corce eneskunun anim tedbiri kecirilib
    Bakıda rumıniyalı bəstəkar Corce Eneskunun anım tədbiri keçi...
  • avropa azerbaycan mektebi usaqlar ucun maariflendirici tedbir kecirib
    Avropa Azərbaycan Məktəbi uşaqlar üçün maarifləndirici tədbi...
avropa azerbaycan mektebi usaqlar ucun maariflendirici tedbir kecirib avropa azerbaycan mektebi usaqlar ucun maariflendirici tedbir kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 16 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0859
 
RR
0.0302