Mütəxəssis: “Azərbaycanda oynaq xəstəlikləri gəncləşib”

mutexessis azerbaycanda oynaq xestelikleri genclesib

Son illər Azərbaycanda oynaq xəstəliklərinin gəncləşməsi müşahidə edilir.

APA-nın xəbərinə görə, bunu Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinin ortoped-travmatoloqu Natiq Əliyev deyib. Onun sözlərinə görə, gənc yaşlarda bu xəstəliklər daha çox travmatik xarakterli olur və sonradan inkişaf edir.

 

Həkim bildirib ki, bu gün Azərbaycanda əhalinin təxminən 7-10 faizi artrit və artroz xəstəliklərindən əziyyət çəkir. 40 yaşa kimi əhalinin 2 faizində, 45-50 yaş arasında 30 faizində , 50­65 yaşdan yuxarı isə  85-90 faizində artroz xəstəliyi müşahidə olunur: "Bu xəstəlik uşaqlarda da qeydə alınır ki, bunun da səbəbi ən çox anadangəlmə patologiyalarla bağlı olur. Məsələn, hemofiliya, revmatizm,  iltihab xəstəlikləri nəticəsində bu xəstəliklər müəyyən zamandan sonra inkişaf edir. Xəstəlikdən  sığortalanmaq üçün ilk olaraq insanın əzəli sistemi möhkəm olmalıdır, mütəmadi idmanla məşğul olmaq lazımdır .Təbii ki, uzunmüddətli idman oynaqlara mənfi təsir göstərir, bu səbəbdən də mütəmadi aktiv fəaliyyətdə olmaq olmaz. Bundan başqa, artıq çəki xəstəliyin yaranmasına və artmasına səbəb olur. Əgər bədən çəkisi iki faiz azalarsa, oynaqlarda ağrılar 20 faiz azalır. Bundan əlavə, oynaq xəstəliklərindən əziyyət çəkən insanlar soyuqdəymədən özünü qorumalı, fiziki təzyiqli işdən, yəni daim ayaq üstə qalmaqdan, uzun məsafəni bir dəfəyə dəf etməkdən və digər fəaliyyətlərdən uzaq durmalıdırlar".

 

N.Əliyev əlavə edib ki, payız qış mövsümündə, yazda yağışlar yağdıqda bu xəstəliklər aktivləşir, ən çox nəmişlik, rütubət olanda bu xəstəlikdən əziyyət çəkənlər özlərini narahat hiss edir, ağrıları kəskinləşir.

 

Onun sözlərinə görə, artroz xəstəliyin ağırlaşması nəticəsində əlillik yarana bilər.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ilin en yaxsi kisi futbolcusu melum olub
    İlin ən yaxşı kişi futbolçusu məlum olub
  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
bilesuvarda 0 5 ton pambiq yanib bilesuvarda 0 5 ton pambiq yanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295