Qanunsuz yolla əldə edilmiş meşə materialları və kömür hazırlanan quyular aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 06-11 noyabr 2017-ci il tarixlərində növbəti reydlər keçiriblər.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki,  Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı Muxas, Sincan, Mollalı və Calut kəndlərinin 27 həyətyanı sahəsində və pay torpaqlarında ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı, qanunsuz yolla əldə edilmiş 102,99 m3 həcmində meşə materiallarından istifadə edildiyi və meşə fonduna 2091,62 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Faktlarla bağlı təqsirkar şəxslər barəsində aktlar tərtib edilib və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər rayon polis şöbəsinə göndərilib.


Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Faktla bağlı akt tərtib edilib və gələcəkdə belə hallara yol verilməməsi üçün Muxas bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib. Reydlər zamanı aşkar olunan kömür quyuları ləğv edilib.

 

Şəmkir rayonu Düyərli kəndində Yaşar Qənbərov və Azər Verdiyevə, Dəllər qəsəbəsində Rasim Sadıqova, Tovuz rayonu Tovuzçay çayı sahilində Sarxan Mirzəyevə, Qovlar qəsəbəsində Coşqun Binnətova məxsus yeşik sexlərində ümumilikdə 9,6 m3 həcmdə 1908,12 manat nırx dəyərində meşə materialları aşkarlanıb. Təqsirkarlar barəsində akt və protokollar tərtib edilib.


Hazırda reydlər davam etdirilir. 
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socide rusiya turkiye ve iran prezidentlerinin gorusu baslayib
    Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başla...
  • vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib
    Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-p...
vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287