Sabaha olan hava proqnozu açıqlanıb

sabaha olan hava proqnozu aciqlanib

Bakıda və Abşeron yarımadasında aprelin 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi  əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16,  Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət  gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək, cənub küləyi əsəcək.

Azərbaycanın rayonlarında aprelin 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbilisinin meshur restoranlarindan birinde yangin bas verib yenilenib
    Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib ...
  • beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib
    Beynəlxalq Sərgilər Bürosu missiyasının Bakıya səfərinin yek...
beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Aprel, 2018

USD
1.7
 
EUR
2.1043
 
RR
0.028