Şimşək çaxacaq, yağış yağacaq

simsek caxacaq yagis yagacaq

Sentyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

 

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi  ilə əvəz olunacaq.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə 65-75 %, gündüz  50-60 % olacaq. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var.

 

Şərq küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 17-22°, gündüz  30-35° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:04 22 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov minske gedib
    Zakir Həsənov Minskə gedib
  • azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib
    “Azər-Türk Bank” Bakı və Qəbələdə “ASAN xidmət” mərkəzində P...
azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0865
 
RR
0.03