Təhsil Nazirliyinin şöbə müdiri: "Təmayülləşmə bütün ölkədə tətbiq edilməyəcək"

tehsil nazirliyinin sobe mudiri temayullesme butun olkede tetbiq edilmeyecek

”Təmayülləşmənin kütləviliyi o demək deyil ki, bu proses bütün ölkədə tətbiq ediləcək. Müəyyən olunmuş tələblərə cavab verə bilməyənlər təmayüllü siniflərlə yanaşı, təşkil edilən adi siniflərdə təhsilini davam etdirə bilər”.

 

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. O bildirib ki, hamının təhsil hüququnun qorunması məqsədilə təmayülləşməyən siniflər də təşkil olunub. Əsas məqsəd təhsilini davam etdirmək istəyənlərin hamısının təhsillə əhatə olunmasıdır. 

 

A. Əhmədov vurğulayıb ki, təmayül istiqamətləri üzrə təsdiq edilən tədris planlarında fənlərin sayı ənənəvi tədris planlarındakı saydan xeyli artıqdır: “Burada 9-10 fənn əhatə olunur. Təmayül fənlərinə ayrılan saatlar da fərqlidir. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planları və proqramları hazırlanıb. Tədris planlarında həftəlik dərs yükü 30 saat müəyyən olunub, əlavə bir neçə saat dərsdənkənar məşğələlərə ayrılıb. Həmin əlavə saatlar hesabına şagirdlərə nitq mədəniyyəti və iqtisadi məsələlər tədris edilir. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarına “Azərbaycan tarixi”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Fiziki tərbiyə”, “Xarici dil”, “Riyaziyyat”, “Çağırışaqədərki hazırlıq” fənləri də daxil edilib. Bu, şagirdin ümumi inkişafı, dünyagörüşünün formalaşması üçün vacibdir. Lakin əsas diqqət təmayül fənlərinə verilir. Aztəminatlı, repetitor hazırlığına gücü çatmayacağını düşünən valideynlər də bu yeniliyin tətbiqinə dəstək verir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:53 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyevin turkiyeye resmi seferi basa catib
    Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb...
  • agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur
    Ağdaşda 17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulu...
agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2018

USD
1.7
 
EUR
2.0771
 
RR
0.0276