Ucarda narkomaniyanın doğurduğu təhdidlər mövzusunda tədbir keçirilib

ucarda narkomaniyanin dogurdugu tehdidler movzusunda tedbir kecirilib

Ucarda "Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər" mövzusunda tədbir keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniya qarşı mübarizəyə dair 2013-2018 illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, orta məktəb şagirdləri və yerli icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Ucar Rayon Polis Şöbəsinin rəis müavini Elçin Fərhadov onun ictimai və siyasi əhəmiyyətindən danışıb. Digər natiqlər isə bildiriblər ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində faciəli nəticələrə gətirib çıxaran  narkomaniya və narkobiznesdir. Qeyd olunub ki, narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur, eləcə də dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, mütəşəkkil cinayətkar qrupların yaranmasında və silah alverinin güclənməsində rol oynayır. Ən acınacaqlısı odur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artır.

 

Tədbirin keçirilməsində məqsəd əsasən gənclər və yeniyetmələr arasında maarifləndirmə və təbliğat işinin aparılması olub. Ucar Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Elnur Mayılov bu cür tədbirlərin mütəmadi olaraq gənclər və yeniyetmələr arasında keçiriləcəyini bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287