Ucarın kəndində içməli su problemi yaranıb

Ucar rayonunda içməli su ilə bağlı problem yaranıb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun  Lək kəndinə su kanalı ilə suyun ötürülməsi dayandırılıb. Artıq 2 gündür ki, kanal vasitəsilə ötürülən suyun tamamilə dayandırılması sakinlər üçün problemə səbəb olub.

Onlar kənddə içməli suyun olmaması səbəbindən suvarma suyundan həm də içməli su kimi istifadə etdiklərini deyirlər. İçməli suyun bir neçə kilometrlik məsafədən gətirilməsi həm vaxt itkisinə səbəb olur, həm də əlavə xərc tələb edir.

Aidiyyəti qurumlar suyun kanala ötürülməməsini ərazidə aparılan kəmər çəkilişi ilə əlaqələndiriblər. Qeyd olunub ki, içməli su problemi yaşayan sakinlərə alternativ yolla su veriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ