UNİCEF: Dünyada yalnız 15 ölkədə azyaşlı uşaqların ailələrinin dəstəklənməsini nəzərdə tutan zəruri milli siyasət mövcuddur

unicef dunyada yalniz 15 olkede azyasli usaqlarin ailelerinin desteklenmesini nezerde tutan zeruri milli siyaset movcuddur

“Dünyada yalnız 15 ölkə valideynləri öz azyaşlı uşaqlarının sağlam beyin inkişafını dəstəkləmək üçün ehtiyac duyduqları vaxt və resurslarla təmin edən üç əsas milli siyasətə sahibdir. Pis olan odur ki, beş yaşadək dünya uşaqlarının hər səkkizindən birinin yaşadığı 32 ölkədə bu siyasətin heç biri mövcud deyil”.

 

UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, bu fikirlər təşkilatın “Hər bir uşaq üçün erkən anların önəmi adlı” hesabatında əksini tapıb.

 

Hesabata əsasən, ikillik ödənişsiz məktəbəqədər təhsil, ilk altı ay boyunca ana südü ilə qidalanma üçün ödənişli fasilələr və altı aylıq ödənişli analıq məzuniyyəti, o cümlədən dörd həftəlik ödənişli atalıq məzuniyyəti erkən uşaqlıq dövrünün optimal inkişafının təməlini qoyur: “Bu siyasət sahələri valideynlərə öz uşaqlarını qorumaq, onları daha yaxşı qidalanma, oyun və öyrənmə təcrübəsi ilə təmin etmək üçün kömək edir”.

 

Hesabatda qeyd edilir ki, Kuba, Fransa, Portuqaliya, Rusiya və İsveç hər üç sahədə müvafiq siyasəti olan ölkələr arasındadır: “Bununla belə, dünyada beş yaşadək 85 milyon uşaq bu vacib üç siyasətin heç birinin mövcud olmadığı 32 ölkədə böyüyür. Təəccüblüdür ki, həmin uşaqların 40 faizi yalnız iki ölkədə - Banqladeş və Amerika Birləşmiş Ştatlarında yaşayır. Beş yaşadək milyonlarla uşaq öz təşəkkül illərini təhlükəsiz və stimullaşdırıcı olmayan mühitdə keçirir. Beş yaşadək təxminən 75 milyon uşaq münaqişələrin təsir göstərdiyi ərazilərdə yaşayır ki, bu da onlarda zəhərli stress riskinin yüksəlməsinə və nəticədə erkən uşaqlıq dövründə beyin hüceyrə əlaqələrinin baş tutmasına mane ola bilər. Zəif qidalanma, qeyri-sağlam mühit və xəstəliklər qlobal miqyasda beş yaşadək 155 milyon uşağın inkişaf ləngiməsindən əziyyət çəkməsinə səbəb olub. Bu, onların bədən və beyinlərinin inkişaf edərək tam potensial səviyyəyə çatmasına imkan vermir. 64 ölkədə 2-4 yaşlı bütün uşaqların 1/4 hissəsi oyun oynamaq, oxumaq və mahnı oxumaq kimi beyin inkişafı üçün vacib olan fəaliyyətlərdə iştirak etmir. Qlobal miqyasda təqribən 300 milyon uşaq havanın zəhərli olduğu ərazilərdə yaşayır. Son tədqiqatlar bu cür havanın uşaqların beyin inkişafına zərər vura biləcəyini göstərir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
  • bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub
    BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub...
bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295