Vəhşi quşları qanunsuz saxlayan şəxs cərimələnib

Sosial şəbəkədə şahin quşlarının satılması barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş üç şahin quşunun Bakı şəhər sakini Telman Zöhrabov tərəfindən təbiətdən qanunsuz götürülərək ona məxsus bağ evində saxlanıldığı və quşların təbii mühitdən götürülməsi, saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.
 

Faktla bağlı T. Zöhrabov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib. Şahin quşları götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin birinci vitse prezidentinin komekcisinin basciliq etdiyi numayende heyeti cinde seferde olub
    Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin başçıl...
  • kaliforniyanin santa monika kollecinde azerbaycana dair muhazire kecirilib
    Kaliforniyanın Santa Monika Kollecində Azərbaycana dair müha...
kaliforniyanin santa monika kollecinde azerbaycana dair muhazire kecirilib kaliforniyanin santa monika kollecinde azerbaycana dair muhazire kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291