Xaçmazda tarixi ərazi talama məqsədilə qazılır

Xaçmazın Susayqışlaq kəndində yerləşən 14-17 əsrlərə aid olduğu ehtimal edilən tarixi abidlərin olduğu ərazidə talama məqsədilə qazıntı işləri aparılır.

 

Bu barədə APA-nın şimal bürosuna Xudat texniki təmayüllü məktəbinin tarix müəllimi Sərxan Qəribov məlumat verib. Onun sözlərinə görə, meşəlik ərazidə yerləşən XIII-XIV əsrlərə aid olduğu ehtimal edilən qəbir daşlarının olduğu, həmçinin qədim qala və yaşayış məskəni sayılan ərazi naməlum şəxslər tərəfində qazılır.

Həmin ərazidə çox sayda insan sümüklərinə, eləcə də saxsı əşyalara rast gəlmək mümkündür. “Həmçinin bu ərazinin kənarlarında səngər izləri var. Digər bir ehtimal isə bu ərazidə qədim bir məbədin olmasıdır. Qədim türklərdə yaşayış yerinə düşmən hücumu olardısa, yaxud onlar yaşayış yerini tərk edərdisə ibadət etdikləri mədələri gizlədirdilər. Bu təpəliyin bəzi yerlərdə hündürlüyü 50, bəzi ərazilərdə isə 70 metrə çatır. Torpağın hamısı əllə daşınıb, xeyli sayda daş təbəqəsi var.  Bu qəbirlərin içərisində biz həm 12-ci əsrə, həm 13-cü əsrə, həm də 17-ci əsrə aid qəbirlərə rast gələ bilərik. Həmçinin ərazidə e.ə III-II minilliyə aid olduğu ehtimal edilən kurqana da rast gəlmək olar”.

 

S.Qəribov bu ərazidə təsadüfi insanlar tərəfindən talamaq məqsədilə, qızıl axtarmaq üçün vaxtaşırı qazıntı işlərinin aparıldığını və qədim tarixin məhv olunduğunu deyib. Müəllim deyib ki, ərazi mühafizə olunmalı, orada geniş araşdırma aparılmalıdır.

Bununla bağlı hələ ki, dövlət qurumlarına rəsmi müraciət edilmədiyi də qeyd edilib.

 

Mədəniyyət və Turizm nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin Xaçmaz rayonu üzrə nümayəndəliyindən isə bildirilib ki, rayonun Susayqışlaq kəndi ərazisində dövlət qeydiyyatında olan tarixi abidə yoxdur. Hər hansı bir abidənin qeydiyyata alınması və mühafizə edilməsi üçün də rəsmi müraciət olunmayıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285