Azərbaycanda qar yağıb, bəzi yerlərdə intensiv olub - FAKTİKİ HAVA

azerbaycanda qar yagib bezi yerlerde intensiv olub faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlayıb.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

 

Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-da 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 11 Dekabr
19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • diplomatlar beynelxalq teskilatlarin numayendeleri ve kiv temsilcilerinin tertere seferi baslayib yenilenib
    Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və KİV t...
  • dtx nin emekdasi dunya cempionu olub
    DTX-nin əməkdaşı dünya çempionu olub
dtx nin emekdasi dunya cempionu olub dtx nin emekdasi dunya cempionu olub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287