Yevlax-Gürcüstan sərhədi magistralının Zaqataladan keçən hissəsi bağlanıb

Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar ötən gün axşam saatlarından yolda hərəkət məhdudlaşdırılıb.

 

Balakən və əks istiqamətdə hərəkət edən yüngül tonnajı (16 tonadək) avtomobillər digər körpüdən istifadə edəcək. Ağır tonnajlı yük avtomobilləri üçün isə həmin körpünün yanında çaydan yol açılıb.

 

14 saylı Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanov APA-nın yerli bürosuna bildirib ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpünün uzunluğu 132 metr, eni 7 metrdir. Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edəcək. Qrafik əsasında körpüdə aparılan təmir işlərinin 20 gün müddətinə başa çatdırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.

 

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral yolunun 124 və 164-cü km-lərində əsaslı təmir işlərinə artıq başlanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 19 Fevral
Video
09:04 19 Fevral
10:47 18 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ucarda evleri su basib fotosessiya
    Ucarda evləri su basıb - FOTOSESSİYA
  • sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek
    Sabahdan Bayıldakı sürüşmə zonasında yaşayan 67 ailəyə kiray...
sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 Fevral, 2018

USD
1.7001
 
EUR
2.1108
 
RR
0.0301