“Əş-Şəbab” qruplaşması Somalidə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

 “Əş-Şəbab” qruplaşması Somalidə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 08 sentyabr 2014 18:08 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, “Əş-Şəbab” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Minalanmış avtomobil Afrika sülhməramlıları karvanı yaxınlığında partladılıb. Nəticədə 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Məlumata görə, terrorçular sentyabrın 1-də ABŞ-ın xüsusi əməliyyat nəticəsində öldürdüyü qruplaşmanın lideri Əhməd Qodaninin qisasını almaq istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR