XƏBƏR LENTİ

07:54 18 Noyabr
TOP 5

“Milli Net” Milli İnternet Mükafatının müsabiqəsinə start verilib

Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakıda “Milli Net” Milli İnternet Mükafatı Müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib. “APA-Economics”in məlumatına görə, tədbirdə “HP”, “Azercell” və digər şirkətlərin nümayəndələri iştirak ediblər.

Azərbaycan İnternet Forumunun (AİF) təşəbbüsü ilə keçirilən mükafat hər il müxtəlif sahələrdə fəaliyyət göstərən milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə yolu ilə təqdim ediləcək. AİF-in rəhbəri Osman Gündüzün sözlərinə görə, “Milli Net” müsabiqəsinin keçirilməsində məqsəd ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarının təbliğatını aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir. Münsiflər heyətinin tərkibi oktyabrın 15-də keçiriləcək açıqlanacaq.

Müsabiqədə yalnız Azərbaycan dilində versiyası olan saytlar iştirak edə bilərlər. Layihənin həyata keçirilməsində “HP”, “Azercell” və “Delta Telecom” şirkətləri dəstək göstərirlər. İki mərhələdə keçiriləcək səsverməni internet peşəkarlarından və mütəxəssislərdən ibarət münsiflər heyəti aparacaq. Münsiflər heyəti web-dizaynerlərdən (art direktorlar), texniki mütəxəssislərdən (texniki universitetlərin və ali məktəblərin müəllimləri), saytların məzmununu qiymətləndirən kontent kopirayter olan jurnalistlərdən və digər peşəkarlardan ibarətdir. Elektron formatda keçiriləcək səsvermə münsiflər arasında aparılan danışıqlara, səsvermənin gedişinə nəzarət etməyə imkan verəcək və bu məlumatlar istənilən vaxt müsabiqənin şəffaflığını təsdiqləmək məqsədilə açıqlanacaq və www.millinet.az saytında yerləşdiriləcək.

Müsabiqə 11 əsas nominasiya üzrə və 3 əlavə nominasiya (“Korporativ sayt”, “Qeyri-kommersiya saytı”, “Media”, “Mədəniyyət”, “İncəsənət”, “Tarix və turizm saytı”, “Ailə”, “Uşaq və sağlamlıq”, “İdman”, “Fərdi sayt və bloqlar”, “Xidmət” (Servis), “Elm və təhsil”, “Dövlət və bələdiyyə saytları”, “Əyləncə” və əlavə olaraq “Ən yaxşı mobil sayt”, “Ən yaxşı veb-studiya”, “İlin İT hadisəsi”) üzrə keçiriləcək.

Digər müsabiqələrdən fərqli olaraq, “Milli Net”də internet istifadəçiləri səsvermədə iştirak edə bilməzlər. Müsabiqəyə təqdim edilən saytlar təkcə 15 nəfər müxtəlif profilli peşəkardan ibarət münsiflər tərəfindən qiymətləndirilərək səs toplayacaqlar. Müsabiqə noyabr ayının sonunadək başa çatacaq və dekabrın 15-də təntənəli təltif etmə mərasimi keçiriləcək. Bu zaman yalnız birinci yerləri tutmuş qaliblərə mükafat təqdim ediləcək. Hazırda tuncdan hazırlanmış buta formasında hörümçək şəklində olan mükafat üzərində Azərbaycan heykəltəraşları tərəfindən işlər aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ozbekistan mudafie naziri azerbaycan silahli quvvelerinin herbi akademiyasinda olub
    Özbəkistan müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hə...
  • bakida yol qezasi bas verib 3 nefer xesaret alib
    Bakıda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
bakida yol qezasi bas verib 3 nefer xesaret alib bakida yol qezasi bas verib 3 nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285