XƏBƏR LENTİ

07:54 18 Noyabr
TOP 5

Rusiyalı alim Bakıda “Qlobal enerji təhlükəsizliyi və alternativ enerji mənbələri” mövzusunda məruzə ilə çıxış edib

Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Rusiya Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin İqtisadi Strategiya İnstitutunun təsisçisi və baş direktoru Aleksandr Ageyev “Qlobal enerji təhlükəsizliyi və alternativ enerji mənbələri” mövzusunda məruzə ilə çıxış edib.

APA-Economics”in məlumatına görə, görüşü açıq elan edən SAM-ın rəhbəri Elxan Nuriyev qeyd edib ki, A.Ageyevin ölkəmizə səfəri alternativ enerji mənbələrinin yaradılması və inkişafı, həmçinin qlobal enerji təhlükəsizliyi sahəsində təcrübəsini Azərbaycanla bölüşməkdir.

A.Ageyevin sözlərinə görə, alternativ enerji mənbələrinin inkişafı və tətbiqi sahəsində idarəedici orqanların böyük rolu var və gələcəkdə bu enerji mənbələri mobil rabitə, telekommunikasiya, informasiya texnologiyaları, maşınqayırma və digər sahələr üzrə fərdiləşdiriləcək.

Tədbirdə SAM əməkdaşları ilə yanaşı, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diploimatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak edib. Sonda A.Ageyev görüş iştirakçılarını maraqlandıran suallara ətraflı cavablar verib.

Qeyd edək ki, A.Ageyev korporativ, regional və dövlət səviyyələrində strateji idarəetmə, proqnozlaşdırma, innovasiya strategiyaları, menecment və investisiyaların beynəlxalq standartları və s. sahələr üzrə tanınmış mütəxəssisdir. O, Rusiyanın bir sıra tanınmış ali məktəblərinin və Böyük Britaniyanın Kinqston Biznes Məktəbinin məzunudur, ABŞ və Cənubi Koreyada təcrübə keçib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ozbekistan mudafie naziri azerbaycan silahli quvvelerinin herbi akademiyasinda olub
    Özbəkistan müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hə...
  • bakida yol qezasi bas verib 3 nefer xesaret alib
    Bakıda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
bakida yol qezasi bas verib 3 nefer xesaret alib bakida yol qezasi bas verib 3 nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285