Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib - YENİLƏNİB

Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib - <span style="color: red;">YENİLƏNİB
# 17 noyabr 2017 19:04 (UTC +04:00)

Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə torpaq altından çıxarılıb.

APA-nın xəbərinə görə, Əmirəhməd Bağırzadə xəstəxanaya göndərilib.

Hadisə Zığ qəsəbəsində, Zığ yolu şossesi, 43 saylı binanın qarşısında baş verib. Binanın yaxınlığında su borusunun çəkilməsi işləri ilə əlaqədar ərazidə qazıntı işləri aparılıb. Orada fəhlələr işləyən zaman qəfildən böyük torpaq qatı dərin xəndəyə uçub. Nəticədə fəhlələrdən biri, 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.Hadisə şahidlərinin və Ə.Bağırzadənin yaxınlarının sözlərinə görə, xilasetmə işləri bir neçə saat davam edib. Xəndəyin dərin və dar olması bu işləri daha da çətinləşdirib. Sonda xilasetmə əməliyyatı uğurla başa çatıb və Ə.Bağırzadə torpaq qatının altından çıxarılıb. Müəyyən xəsarətlər almış 22 yaşlı gənc təcili xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.

Qeyd edək ki, adıçəkilən beşmərtəbəli yaşayış binası sürüşmə zonasında yerləşir. Burada fasilələrlə baş verən sürüşmə halları nəzərə alınaraq binanın bəzi sakinləri mənzillərdən köçürülüb. Ərazinin sürüşmə zonası olması da torpaq qatının uçmasında əsas amillərdən biri kimi göstərilir.

***

21:26

Bakıda uçqun baş verib, bir nəfər torpaq altında qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR