Zərdabda bir gözü kor olan narkotik alverçisi tutulub

Zərdabda bir gözü kor olan narkotik alverçisi tutulub
# 11 iyun 2018 11:52 (UTC +04:00)

Zərdabda bir gözü kor olan narkotik alverçisi saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Kəlbəcər rayon sakini Gəray Əfqan oğlu Yusifov rayon ərazisində ümumi çəkisi 1,345 kq olan narkotik tərkibli qurudulmuş marixuananı 500 manata satarkən tutulub.

İlkin araşdırma zamanı məlum olub ki, G. Yusifov qurudulmuş marixuananı Bərdə rayonundan əldə edərək satış məqsədilə Zərdaba gətirib. Onun üzərinə baxış keçilərkən 500 manat pul maddi sübut kimi götürülüb.

G.Yusifovun dediyinə görə, narkotik tərkibli bitkini Kür çayının kənarında yabanı şəkildə bitdiyini görüb, bitkini yığaraq evdə qurudub. Gözünü müalicə etdirmək üçün ona pul lazım olduğunu əsas gətirən G. Yusifov narkotiki satmaq qərarına gəlib.

Saxlanılan şəxs barəsində Zərdab Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Zərdab Rayon Polis Şöbəsində G. Yusifovun digər cinayət tərkibli əməllərinin olub-olmadığı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR