ETSN: Zavoddan havaya atılan tüstü ilə bağlı monitorinq aparılıb

ETSN: Zavoddan havaya atılan tüstü ilə bağlı monitorinq aparılıb
# 25 iyul 2019 09:07 (UTC +04:00)

İyulun 24-ü saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ETSN-nin Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda, ətrafda müşahidə və monitorinq aparıb.

“Məlum olub ki, tüstü axını zavoddakı istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR