BP Səngəçal terminalı ilə nəql olunan neft və qazın həcmlərinin açıqlayıb

BP Səngəçal terminalı ilə nəql olunan neft və qazın həcmlərinin açıqlayıb
# 01 avqust 2018 13:50 (UTC +04:00)

2018-ci ilin I yarısı ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

"APA-Economics" "BP Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

İlin ilk iki rübü ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 124 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

6 ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 milyon standart kub metr (963 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR