İtaliya-Azərbaycan dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı məktub göndərib

İtaliya-Azərbaycan dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı məktub göndərib
# 26 fevral 2021 17:34 (UTC +04:00)

İtaliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri senator Stefano Luçidi Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimlinin müraciətinə cavab olaraq Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə həmkarlarına məktub göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məktubda Xocalı hadisələri yad edilir, bu dəhşətli soyqırımla bağlı başsağlığı diləkləri çatdırılır. Bildirilir ki, bu cür faciələr və soyqırım hər bir xalqın qan yaddaşına həkk olunur.

Məktubda daha gözəl gələcək üçün İtaliya və Azərbaycan arasında əməkdaşlığın perspektivlərindən danışılır, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında İtaliyanın dəstəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR