APA Group təqdimat

“APA GROUP” MMC bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunub Məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. Qrupa “Azəri-Press” Agentliyi (APA) MMC, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC və “APA TV internet televiziyası və “Kulis.az” ədəbiyyat saytı daxildir. APA GROUP-un əsas fəaliyyət istiqamətləri informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsidir.

APA GROUP Direktorlar Şurası tərəfindən idarə olunur.

Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət, “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir.

“APA-Group” MMC-nin 2012-ci ildə Etik Kodeksi qəbul edilib.

APA İnformasiya Agentliyi

Azəri-Press Agentliyi (APA) 2004-cü ildə yaradılıb.

Müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyidir.

Agentlik dünyada baş verən önəmli hadisələrlə yanaşı, əsasən, Azərbaycan və Cənubi Qafqazı əhatə edir, “on-line” xəbər xidməti göstərir.

Agentlik gündəlik xəbərlərlə yanaşı, video görüntülər, bank renkinqləri, həftəlik və aylıq təhlillər, proqnozlar, xüsusi fotobank təqdim edir.

Şirkətin ABŞ, Türkiyə, İngiltərə, Fransa, İran, Rusiya, Gürcüstanda, həmçinin Azərbaycanın bütün bölgələrində müxbir postları var.

Agentlik xəbərlərini Azərbaycan, rus, ingilis dillərində yayımlayır.

Nüfuzlu araşdırma mərkəzlərinin, diplomatik korpusun sifarişi əsasında şirkətin tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu tərəfindən təhlillər hazırlanır, monitorinqlər keçirilir.

Artıq beynəlxalq arenada tanınan və dünyanın aparıcı KİV-inin istinad mənbəyi olan APA regionun ən böyük, etimad qazanmış media şirkətləri sırasındadır.

Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliklərindəndir. 27 sentyabrdan etibarən başlamış müharibə ilə bağlı (Azərbaycan və Ermənistan arasında) xəbərlərdə Azərbaycan tərəfindən ən çox istinad edilən agentliklərdən biri APA olub. CNN, Aljazira, Ria-Novosti, İnterfax, NTV Rusiya, Türkiyə, İran, Rusiya, Ermənistan KİV-ləri mütəmadi olaraq APA-nın xəbər, video və foto çəkilişlərindən istifadə ediblər.

“Google Analyitics” göstəricilərinə görə, APA Agentliyinə hazırda 1 milyon 620 mindən artıq istinad mövcuddur. Təkcə, məşhur Vikipediya mənbəsində APA-ya 45 000 mindən artıq istinad edilib.

APA İnformasiya Agentliyinin təqdim etdiyi məhsullar

Yazılı məlumatlar

- Azərbaycan, rus, ingilis dilində xəbərlər

- Hadisə yerindən birbaşa canlı bağlantılar

- İqtisadi analizlər və təhlillər

- Region ölkələrindən, o cümlədən İrandan ekskülziv xəbərlər və bağlantılar

- Region və ölkədəki hadisələr barədə təhlillər və proqnozlar

- Ölkə rəsmiləri və mütəxəssislərlə müsahibələr

Foto və video məhsullar

- Hadisə yerindən foto və video çəkilişlər

- Partnyorun sifarişi əsasında foto və video çəkilişlərin aparılması

- Hadisə yerindən canlı bağlantılar, video və foto çəkilişlə dərhal təmin edilməsi

- Sifariş əsasında studiya çəkilişlərinin aparılması

- Müsahibə və rəylərin video görüntülü formatda hazırlanması

- Azərbaycanın bütün bölgələrindən video və foto çəkilişlərlə təmin edilmə

- İran və digər region ölkələrindən video məlumatların çatdırılması

Əlaqə

Telefon

• +994 12 488 35 76

• +994 12 488 35 77

• +994 12 488 35 44

• +994 12 488 37 23

• +994 12 488 37 24

• +994 70 252 75 75

E-mail

[email protected]

[email protected]

Ünvan

Azərbaycan, Bakı. Nəcəfqulu Rəfiyev küç. məhəllə 11/45

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR