Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir

avropa ittifaqi dagliq qarabag munaqisesi diqqetimizdedir

Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının ATƏT-dəki nümayəndəsinin ATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Angelino Alfanonun bəyanatı ilə əlaqədar yaydığı sənəddə qeyd edilib.

 

Bəyanatda deyilir ki, uzun müddət davam edən Gürcüstan və Moldovadakı münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi həmişəki kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində  İtaliyanın ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir.

 

Bəyanatda o da bildirilir ki, Aİ münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir . O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267