Almaniyalı deputatlar Xocalı qətliamı ilə bağlı bəyanat qəbul ediblər

almaniyali deputatlar xocali qetliami ile bagli beyanat qebul edibler

Almaniya Bundestaqının bir qrup üzvü - Uve Feiler, Olav Qattinq, Dr. Hans Mişelbax, Dr. Filipp Muhrmann və Norbert Şindler Xocalı soyqırımının 25 illiyi münasibətilə bəyanat qəbul edib.

 

Bu barədə APA-ya Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildirilib. TEAS-a daxil olan bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə törədilən qətliamda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 mülki sakin qətlə yetirilib. Qətlə yetirilənlərindən 106 nəfəri qadın, 63-ü azyaşlı və 70-i ahıl insandır. 

 

Sənəddə vurğulanır ki, 1988-1994-cü illərdə Sovet İttifaqının süquta uğradığı zaman Dağlıq Qarabağ uğrunda münaqişə başlayıb. Bu, əhalisi həm etnik azərbaycanlı, həm də ermənilərdən ibarət olan Azərbaycana məxsus region olub. Lakin Sovet İttifaqı dağıldıqda bu region Ermənistan qüvvələri tərəfindən işğal edilib və nəticədə azərbaycanlı əhali ərazidən qovulub, təxminən 30 min insan həyatını itirib.

 

1993-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası bu işğalı pisləyərək, Ermənistan silahlı qüvvələrinin dərhal ərazidən çıxarılmasını tələb edən sənəd qəbul edib. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejiminin əldə olunmasına dair saziş imzalanıb. Həmin vaxtdan etibarən münaqişənin həlli üçün danışıqlar prosesini həyata keçirmək missiyası ATƏT-in Minsk Qrupuna həvalə edilib.

 

Almaniyalı deputatlar Cənubi Qafqazda yaranmış mövcud vəziyyətlə bağlı həm siyasi, həm də iqtisadi cəhətdən narahat olduqlarını bildiriblər. Qeyd olunur ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərgin vəziyyət hökm sürür. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktı beynəlxalq hüququn bütün qaydalarını pozulması deməkdir.

Bəyanatın yekununda bildirilir: “Xocalı qətliamının 25-ci ildönümü münasibətilə, biz, Almaniya Bundestaqının üzvləri kimi tələb edirik ki, Almaniyanın xarici siyasəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq səylərini gücləndirməli və tərəfləri bu sülhü qorumaq üçün inandırmağa çalışmalıdır. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilməlidir. Məsələnin sülh yolu ilə həlli təhlükəsizlik və iqtisadi baxımdan zəruri olmaqla yanaşı, eyni zamanda, Almaniya və Avropa üçün də yüksək dərəcədə əlverişli olacaq”.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • unec avropa tehsil mekanina inteqrasiyani genislendirir
    UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir...
  • dil pozuntularinin qarsisini almaq ucun ceza tedbirleri hazirlanacaq
    Dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri hazı...
dil pozuntularinin qarsisini almaq ucun ceza tedbirleri hazirlanacaq dil pozuntularinin qarsisini almaq ucun ceza tedbirleri hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.8939
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ