Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı videomateriallar Avropa Məhkəməsinə təqdim edilib

dilqem esgerov ve sahbaz quliyeve isgence verilmesi ile bagli videomateriallar avropa mehkemesine teqdim edilib

“Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunan videomateriallar tək Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən təqdim olunan görüntülər deyil. Onların arasında digər yollarla əldə olunmuş görüntülər də var”. 

 

Bunu APA-ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib. 


 
A. Bağırov deyib ki, əldə edilən materiallar üzərində iş aparılır: "Bu barədə çox ətraflı danışmaq istəmirəm. Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı təqdim olunan videomateriallar sübutdur. Əlimizdə olan materiallardan, sübutlardan səmərəli istifadə etməyə çalışacağıq. Bu sübutların nə dərəcədə qanuni yolla əldə edilməsi və Avropa Məhkəməsinin belə hallara reaksiyasına gəlincə, sübutlar qanuni yolla əldə edilməlidir. Avropa Məhkəməsi bütün hallara əhəmiyyət verir. Bizim qüvvədə olan qanunvericiliyə əsasən, sübutlar qanuni yolla əldə edilməlidir. Ancaq işğal olunmuş Dağlıq Qarabağda işğalçı rejimin qondarma məhkəməsində, qondarma həbsxanasında hansı qanundan söhbət gedə bilər?! Axı orada qanun yoxdur ki, sübutların qanuni yolla əldə edilməsindən danışaq. Cinayətkarlar tərəfindən həbs olunan insanlara qarşı törədilən vəhşiliklər, cinayətlərdə hansı qanundan söhbət gedə bilər? Bunlar qanundan kənar məsələlərdir. Ona görə də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bütün sübutlar əhəmiyyətli və mötəbərdir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267