APA Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın açıqlamasının səs yazısını yayıb

Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın APA-ya açıqlaması ciddi rezonansa səbəb olub.

 

Daha çox rezonansa səbəb olansa onun Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bəyan etməsidir.

 

Bəzi dairələr və mətbuat orqanları A. Avanesyanın belə ifadə işlətmədiyini, fikirlərinin təhrif olunduğunu iddia edir.

 

Halbuki A. Avanesyan müsahibəsində hər zaman ərazi bütövlüyünün, o cümlədən Azərbaycanın ərazi bütövlyünün tərəfdarı olduğunu açıq şəkildə bildirib.

 

APA-nın əməkdaşının "Münasibətlərin düzəlməsi üçün Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Bununla bağlı mövqeyiniz necədir" sualına "Əlbəttə. Düşünürəm ki, bu gün işğal olunmuş o rayonları, işğal olunmuş Azərbaycan ərazilərini qaytarmalıdırlar, elə də olacaq" cavabını verib.

 

A. Avanesyanın fikirlərində təhrifə yol verilmədiyini onunla müsahibənin səs yazısı da sübut edir.

 

Səs yazısının əsas hissəsini təqdim edirik. 

 

A. Avanesyan APA-ya açıqlamasından sonra mövzu ilə bağlı sosial şəbəkədə yazdığı və bəzi dairələrin təkzib kimi istifadə etdiyi qeydlərini artıq silib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • surusme neticesinde samaxida yol dagilib 400 eve ziyan deyib
    Sürüşmə nəticəsində Şamaxıda yol dağılıb, 400 evə ziyan dəyi...
  • azerbaycanin 215 kendine verilen icmeli suyun terkibi ile bagli noqsanlar askarlanib
    Azərbaycanın 215 kəndinə verilən içməli suyun tərkibi ilə ba...
azerbaycanin 215 kendine verilen icmeli suyun terkibi ile bagli noqsanlar askarlanib azerbaycanin 215 kendine verilen icmeli suyun terkibi ile bagli noqsanlar askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Yanvar, 2017

USD
1.8045
 
EUR
1.9302
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ