Azərbaycan prezidenti: “Ərazi bütövlüyümüz bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir”

azerbaycan prezidenti erazi butovluyumuz butun basqa olkelerin erazi butovluyu qeder qiymetlidir

“Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
 

“Əli silahlı erməni quldur dəstələri soyqırımı törədiblər, zor gücü ilə torpaqlarımızı işğal ediblər, günahsız insanları bu torpaqlardan qovublar və bu gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr – keçən ilin hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir. Bu böyük və çətin problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz beynəlxalq arenada çox etibarlı tərəfdaşa çevrildik, bir neçə il bundan əvvəl 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu, bizim böyük siyasi qələbəmiz idi. Çünki o vaxt Azərbaycan cəmi 20 il idi ki, müstəqil ölkə kimi yaşayırdı və bu illər ərzində beynəlxalq ictimaiyyətin rəğbətini qazana bilmişdi”, - deyə o vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlud cavusoglu azerbaycana sefer edecek yenilenib
    Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - YENİLƏNİB...
  • yug teatrinin yeni direktoru kollektive teqdim edilib
    YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edilib
yug teatrinin yeni direktoru kollektive teqdim edilib yug teatrinin yeni direktoru kollektive teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027