Azərbaycan səfiri Dağlıq Qarabağa qanunsuz səfər etmiş belçikalı millət vəkillərinin məktubunu cavablandırıb

azerbaycan sefiri dagliq qarabaga qanunsuz sefer etmis belcikali millet vekillerinin mektubunu cavablandirib

Belçika parlamentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş bir qrup üzvü “La Libre” qəzeti vasitəsilə açıq məktubla Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət edib.

 

XİN-dən APA-ya verilən məlumata görə, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov aprelin 12-də “La Libre” qəzetində dərc edilmiş məqaləsi ilə belçikalı millət vəkillərinin açıq məktubunu cavablandırıb.O bildirib ki, həmin şəxslərin adları həqiqətən də Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısındadır: “Çünki siz Azərbaycanın razılığı olmadan, hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionumuza qanunsuz səfər edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmusunuz. Hər bir ölkə onun dövlət sərhədlərini pozan şəxslərə qarşı sanksiyalar tətbiq edir. Azərbaycan də bu baxımdan istisna təşkil etmir və onun qanunvericiliyi ilk mərhələdə ölkəyə girişin qadağan edilməsi, bu halların mütəmadi təkrarlanacağı halda isə cinayət işinin açılmasını və işin ikitərəfli və çoxtərəfli beynəlxalq hüquqi əməkdaşlıqdan istifadə etməklə aparılmasını nəzərdə tutur. Azərbaycan hökuməti bu günədək Dağlıq Qarabağa səfər etmək üçün öncədən ona müraciət etmiş çoxsaylı xarici vətəndaşlara belə icazələr verib. Habelə, regiona qanunsuz səfərlər etmiş, lakin sonradan Azərbaycan hökumətinə belə əməllərə görə təəssüflərini ifadə etmiş onlarla xarici vətəndaşın adı müvafiq siyahıdan çıxarılıb. Bu sahədə Azərbaycanın yanaşması tamamilə konstruktiv səciyyə daşıyır”. 


Səfir qeyd edib ki, parlamentarların Dağlıq Qarabağa səfəri münaqişənin həllinə töhfə verə bilməyib, əksinə, Ermənistan tərəfindən qondarma rejimin və işğalın nəticələrinin beynəlxalq səviyyədə təbliği üçün istifadə edilib: “Təəssüf ki, sizin Xankəndində olduğunuz zaman keçirdiyiniz mətbuat konfransında, yaxud da məktubunuzda azərbaycanlı icmasının regiona geri dönməsinin və hər iki icma arasında dialoqun zəruriliyi ilə bağlı heç bir fikrə rast gəlmədim. Mən sizi gələcəkdə Azərbaycan qanunvericiliyini və beynəlxalq hüququ pozan səfərlərdən çəkinməyə və bunun əvəzinə, Dağlıq Qarabağın icmaları arasında dialoqun təşkilində iştirakla sülh prosesinə töhfə verməyə dəvət edirəm. Dağlıq Qarabağın Azərbaycanlı icmasının nümayəndələri 2016-ci ilin oktyabr ayında Brüsselə etdikləri səfər çərçivəsində Belçika federal parlamentində, Flamand regionu və Brüssel-Paytaxt Regionu parlamentlərində keçirdikləri görüşlərdə, eləcə də Belçika mətbuatına verdikləri müsahibələrdə dialoqa hazır olduqlarını vurğulayıblar. Öz ölkəmin Belçika Krallığına ən xoş münasibətinin göstəricisi olaraq, bu məsələləri təfsilatı ilə müzakirə etmək üçün sizinlə görüşməyə hazıram”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib
    Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar...
  • gence i beynelxalq musiqi festivali kecirilib
    Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib
gence i beynelxalq musiqi festivali kecirilib gence i beynelxalq musiqi festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ