Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri: "Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir"

beynelxalq avrasiya herekatinin rehberi rusiya qarabagi azerbaycanin erazisi hesab edir

"Tədbirin Qarabağda keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir"

 

"Azərbaycan və Rusiya arasında yaxınlaşma vektoru ilə növbədə Azərbaycan və Rusiya prezidentləri arasındakı münasibətlərə, strateji tərəfdaşlıq kursuna əsaslanır".

 

APA-nın məlumatına görə, bunu bu gün Cocuq Mərcanlı kəndində  rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə "Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda keçiriləcək konfransın iştirakçısı, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin jurnalistlərə açıqlamasında deyib

 

A. Duqin iki ölkənin ekspertləri, deputatları, mədəniyyət xadimləri arasında görüşlərin əhəmiyyətli olduğunu qeyd edib : "Bakı və  Moskva arasında geopolitik ox"  mövzusunda ilk tədbir bir il əvvəl Moskvada "Prezident" otelində keçirilib. İkinci belə tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib. Ekspertlər Klubunun rəhbəri A. Proxanov bu tədbirin Azərbaycanın Qarabağ ərazisində keçirilməsini təklif etdi. Bu, simvolik bir yerdir, biz tədbiri Qarabağda keçiririk. Bu, bir daha Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir. Qarabağ hüquqi baxımdan Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir,  beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir. Mən hüquqi baxımdan Azərbaycana məxsus Qarabağda ilk dəfə səfərdədir. Bu, rusiyalı ziyalıların da Qarabağ probleminə yanaşması ilə bağlı bir işarədir. Bu, Ermənistana qarşı yönəlməyib. Rusiyanın Ermənistanla dostluğu da Azərbaycana qarşı yönəlməyib. Onu da qeyd edim ki, Azərbaycan Rusiyanın Türkiyə və İranla münasibətlərində açar rol oynayır. Rusiya hazırda Türkiyə və İranla strateji əməkdaşlıq edirik. Biz birlikdə Suriyada birgə strateji əməkdaşlıq həyata keçiririk. Bakı bu strateji əməkdaşlıqda hansı yeri tutur? Biz bunu da müzakirə edirik

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs da katerin qezaya ugramasi neticesinde 17 nefer olub
    ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb ...
  • goranboyda 125 mm lik top mermisi askarlanib
    Goranboyda 125 mm-lik top mərmisi aşkarlanıb
goranboyda 125 mm lik top mermisi askarlanib goranboyda 125 mm lik top mermisi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267