Dmitri Savelyev ünvanına səslənən hədələrə münasibət bildirib

dmitri savelyev unvanina seslenen hedelere munasibet bildirib

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev iyulun 3-də “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində onun ünvanına səslənən hədələrə münasibət bildirib.

 

D. Savelyev APA-nın Moskva müxbirinə açıqlamasında V. Solovyovun proqramında səslənən fikirləri sayıqlama adlandırıb. “Belə sayıqlamaları şərh etməyi gərəksiz hesab edirəm”, - deyə D. Savelyev vurğulayıb.
 

Qeyd edək ki, “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S. Baqdasarov D. Savelyevi partiyadan qovmağa çağırıb: “Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs da katerin qezaya ugramasi neticesinde 17 nefer olub
    ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb ...
  • goranboyda 125 mm lik top mermisi askarlanib
    Goranboyda 125 mm-lik top mərmisi aşkarlanıb
goranboyda 125 mm lik top mermisi askarlanib goranboyda 125 mm lik top mermisi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267