Əli Əkbər Vilayəti: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

eli ekber vilayeti qarabag munaqisesinin herbi yolla helli yoxdur

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”. 

 

Bu sözləri İranın ali lideri, ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti gələn həftə Tehranda keçiriləcək “Əhli-beyt (ə) aşiqləri və təkfirçilik məsələsi” mövzusunda konfransa həsr olunmuş mətbuat konfransında APA-nın sualına cavabında deyib.
 

Ə. Ə. Vilayəti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapmalıdır: “Biz Qarabağ məsələsinin həlli üçün siyasi danışıqları alqışlayırıq. Ümid edirik ki, regionun problemlərindən olan bu problem tezliklə danışıqlar yolu ilə öz həllini tapacaq”.


Ə. Ə. Vilayəti İran, Rusiya və Azərbaycan prezidentlərinin Tehran görüşünə toxunaraq hər növ regional əməkdaşlığı alqışladıqlarını söyləyib: “Həm Rusiya, həm də Azərbaycan bizim qonşumuzdur. Eyni zamanda, Azərbaycanla İranı bir-birinə bağlayan çoxlu tellər var. Çox az ölkə var ki, Azərbaycan və İran qədər mədəni, dini və tarixi müştərəkliyə sahib olsun. Bu səbəbdən həm Azərbaycan, həm də Rusiya ilə görüşlərin keçirilməsi çox faydalıdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • banm ve bmt nin unitar teskilati arasinda memorandum imzalanib
    BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalan...
  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
muhendis qosunlarinin telimi kecirilir muhendis qosunlarinin telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267