Hikmət Hacıyev: "Ermənistanın çoxsaylı hərbi cinayətlərinə rəğmən, BMT TŞ hərbi tribunalların təşkilinə dair qətnamələr qəbul etməyib"

hikmet haciyev ermenistanin coxsayli herbi cinayetlerine regmen bmt ts herbi tribunallarin teskiline dair qetnameler qebul etmeyib

"Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurası hərbi tribunalların təşkil edilməsi barədə qətnamələr qəbul etməyib”.

 

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biri də budur: “Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə məsləhətləşmələr aparıb. Bu cür qətnamələr qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Ermənistan beynəlxalq məhkəmələrin yurisdiksiyasını qəbul etmir".

 

XİN rəsmisi qeyd edib ki, Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi əməllərə görə bir dövlət olaraq məsuliyyət daşımaqla yanaşı, bu ölkənin hərbi-siyasi rəhbərliyində olan, bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də məsuliyyət daşıyırlar: "Bunun üçün Ermənistan sivil davranışını nümayiş etdirərək bu şəxsləri cəzalandırmalıdır. Ermənistan insan hüquqlarından dəm vurursa, bu kimi cinayətlərə də aydınlıq gətirməlidir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272