İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətinin Rusiya bölməsi Sülh Platformasına qoşulub

insan huquqlari uzre beynelxalq cemiyyetinin rusiya bolmesi sulh platformasina qosulub

İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətinin Rusiya bölməsinin prezidenti Vladimir Novitski Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib:

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

 

“Mən sülh və birlik istəyirəm, müharibə və intiqam istəmirəm, buna görə hər kəsi silahları endirməyə çağırıram! Bu səbəbdən çox tez bir zamanda qan tökülməsini dayandırıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qeyd etmək istəyirəm. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini vurğulamaq istəyirəm. Həmçinin münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Bir vaxtlar erməni və Azərbaycan xalqlarının, əsrlər boyu sülh içində birgəyaşayışı nəticəsində formalaşan sülh və qardaşlıq münasibətləri olub. Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Sülh və təhlükəsizlik şəraitində yaşamaq – İnsanın ən ali hüququdur. Yuxarıda qeyd olunan səbəblərə görə, başçılıq etdiyim təşkilat adından, bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib
    Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar...
  • gence i beynelxalq musiqi festivali kecirilib
    Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib
gence i beynelxalq musiqi festivali kecirilib gence i beynelxalq musiqi festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ