Rus Pravoslav kilsəsi Xocalı soyqırımı müraciətinə münasibət bildirib

rus pravoslav kilsesi xocali soyqirimi muracietine munasibet bildirib

Rus Pravoslav kilsəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyalarının liderləri tərəfindən Xocalı soyqırımı ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanan müraciətə münasibət bildirib.

 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Moskva Patriarxlığının Xarici Əlaqələr şöbəsinin sədri Volokolamsk Mitropoliti İllarion bildirib ki, Rus Pravoslav Kilsəsi hər cür zorakılıq, təqib və ayrı-seçkiliyə qarşı çıxış edir.

 

“Dağlıq Qarabağ münaqişəsi ürəyimizdə ağrı ilə əksini tapır, çünki bu münaqişənin qurbanları hər iki tərəfdən olan günahsız insanlardır”, - deyə o vurğulayıb.

 

Münaqişələrin ədalətli, dinc yolla, beynəlxalq hüquq normalarına müvafiq qaydada həll olunmasının vacibliyini vurğulayan Mitropolit İllarion ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan dünya ictimaiyyətinin və dini liderlərin dəstəyi ilə iki xalqın mənafeyinə uyğun həll variantı tapa biləcəklər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ