Tel-Əviv universitetinin professoru Sülh Platformasına qoşulub

tel eviv universitetinin professoru sulh platformasina qosulub

Tel-Əviv universitetinin professoru, İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının üzvü Lev Eppelbaum Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqda bəyanat verib.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

 

“Bu gün necə olursa olsun, sülh bizim sabahımızdır. Bu səbəbdən hesab edirəm ki, çox tez bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıblar. Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd edirəm. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu sülh Cənubi Qafqaz regionunda da bərqərar olacaq. Yuxarıda qeyd olunan səbəblərə görə, başçılıq etdiyim təşkilat adından, bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib
    Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar...
  • gence i beynelxalq musiqi festivali kecirilib
    Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib
gence i beynelxalq musiqi festivali kecirilib gence i beynelxalq musiqi festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ