XİN: Ermənistanın danışıqlar prosesi üçün şərt qoyması qəbuledilməzdir

xin ermenistanin danisiqlar prosesi ucun sert qoymasi qebuledilmezdir

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

Ermənistan tərəfindən müxtəlif səviyyələrdə ziddiyyətli bəyanatlar verildiyini vurğulayan H.Hacıyev bildirib ki, bu cür bəyanatlar ancaq daxili istehlaka yönəlib: “Ermənistanda bu gün hakimiyyətdə olan qüvvələr yüksək reytinqlərini saxlamaq üçün müharibə ritorikası və yaxud proseslərin formatını təhrif edən açıqlamalar verirlər. Ermənistan işğal və təcavüz faktına görə məsuliyyət daşıyır və bu səbəblə, beynəlxalq norma və prinsiplərə uyğun olaraq, danışıqlar prosesinin tərkib hissəsidir”.

 

H. Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanın və ya başqa bir tərəfin danışıqlar prosesinə şərt qoymasını qəbul etmir: "Danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Danışıqlar prosesinin hansı formatda davam etdiriləcəyini bütün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu həmsədrləri və Ermənistan tərəfi də yaxşı bilir". 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs da katerin qezaya ugramasi neticesinde 17 nefer olub
    ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb ...
  • goranboyda 125 mm lik top mermisi askarlanib
    Goranboyda 125 mm-lik top mərmisi aşkarlanıb
goranboyda 125 mm lik top mermisi askarlanib goranboyda 125 mm lik top mermisi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267