Mariya Zaxarova: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq"

mariya zaxarova umid edirik ki dagliq qarabag munaqisesinin terefleri danisiqlar prosesine qayidacaq

"Ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
 
Ermənistanda baş verən hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret hansı dəyişikliklərin ola biləcəyi sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməyə davam edəcək. Səmimi olaraq ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq.
Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi baş verməməlidir. Bu, vəziyyəti daha da dərinləşdirməkdən başqa heç nəyə gətirib çıxarmayacaq. Çıxış yolu ancaq sülh və danışıqlar müstəvisində olmalıdır". 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276