Cümhuriyyətin 100 illiyi - RƏY

cumhuriyyetin 100 illiyi rey

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək.

 

APA TV-nin xəbərinə görə, mütəxəssislər hesab edirlər ki, sərəncam tarixi bir qərar olmaqla yanaşı, həm də məsuliyyətli sənəddir. Onlar Cümhuriyyətin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün bir sıra işlərin görülməsini vacib sayırlar.

 

Tarix elmləri doktoru, professor Anar İsgəndərli prezidentin sərəncamının tarix elmində yeni araşdırmalara səbəb olacağını düşünür: "Azərbaycan tarixinin zirvəsi olan bu illərlə bağlı yenə də çoxlu əsərlər yazmağa ehtiyac var və Azərbaycan prezidentinin sərəncamı tarixçiləri Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı daha çox əsərlər yazmağa sövq edir, kinofilmlər yaratmaq lazımdır".

 

Tarix elmləri namizədi Nəsiman Yaqublunun isə yubileylə bağlı bir sıra təklifləri var: "Birinci növbədə onların irsinin ciddi şəkildə öyrənilib çap etdirilməsinə nail olmalıyıq, çünki Cümhuriyyət qurucularının çoxunun irsi tam şəkildə öyrənilməyib. Cümhuriyyətimiz haqqında sənədli filmlər çəkilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları muzeyi yaradılmalı, bu muzeydə onların hər birinin fəaliyyəti öz əksini tapmalıdır".

 

Nəsiman Yaqublu deyir ki, bütün güclərini Azərbaycanın dövlət quruculuğuna sərf edən şəxsiyyətlər haqqında dünyanın müxtəlif dillərində kitablar çap etdirmək lazımdır. Ən mühüm və ciddi məsələlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarlarının Azərbaycana gətirilməsi ola bilər: "100 illikdə heç olmasa onlar gəlib azadlıq və müstəqilliyi uğrunda mübarizə apardıqları Vətən torpağına qovuşsunlar, onların ruhunu şad etmək üçün ilk növbədə bunu etməliyik. Bəzi ölkələrdə isə bu adamların məzarları ilə bağlı maliyyəni ödəmədikdə onların məzarları çıxarılır, o ölkədə bunu həll etmək lazımdır".

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin yaranmasının əsasını qoydu. Milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşın formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mancesterde toredilen terror akti neticesinde 19 nefer olub yenilenib 2
    Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb ...
  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
islamiadanin baglanis merasiminden goruntuler fotosessiya islamiadanin baglanis merasiminden goruntuler fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ