Deputat Zahid Oruc hökumətə nəzarəti gücləndirməyi təklif edib

deputat zahid oruc hokumete nezareti guclendirmeyi teklif edib

“Hökumət vaxtilə neftdən büdcəyə böyük gəlirlər daxil olarkən, kifayət qədər səxavətli olsa da, indi tamam əksidir”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

 

“Milyardlar talananda biz onları “görməmişik”, bu, bir yana, dövlət zəmanəti ilə verilən kreditlərin də talanmasını görməmişik? Hansısa vəzifəli şəxsi işdən çıxarırlar, onun yükünü, sağa-sola səpələdiyi kreditlərin altını isə dövlət çəkir, çəkməli olur. Olmazmı ki,  bunu elə indidən görək, şəffaflıq tələb və təmin edək?

Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər. Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik?”, deyə deputat bildirib. 

 

 

Deputat deyib ki, Azərbaycana un, şirniyyat məmulatlarının böyük hissəsi xaricdən gətirilir: “Amma biz elə edə bilərdik ki, ölkə bazarı özü-özünü təmin edə bilsin. Hansısa nazir işdən çıxarılır, onun yerinə kadr gələndən sonra isə məlum olur ki, həmin nazirlik qanun pozuntularına yol verib. Olmazmı ki, indidən hökumət hər şeyə nəzarət etsin?".

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ